...

Qaxda iribuynuzlu heyvanlar xilas edildi

Hadisə Materials 31 May 2015 15:01 (UTC +04:00)
Qax rayonunda fermada yanğın baş verib.
Qaxda iribuynuzlu heyvanlar xilas edildi

Azərbaycan, Bakı, 31 may /Trend/

Qax rayonunda fermada yanğın baş verib.

Trend Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətinə istinadən xəbər verir ki, rayonun Tanqıt kəndində (rayon mərkəzindən 24 km aralı) ümümi sahəsi 700 kv.m olan fermanın dam örtüyünün yanar konstruksiyaları, ona bitişik ümumi sahəsi 245 kv.m olan birmərtəbəli kommunal tipli yaşayış binasının dam örtüyünün yanar konstruksiyalari 185 kv.m sahədə yanıb.

Yanğın zamanı fermada olan 10 baş iribuynuzlu heyvan yanğınsöndürənlər tərəfindən xilas olunub, yanğından yaşayış binasının qalan hissəsi, digər bitişik tikililər və yaxınlıqda açıq sahəyə yığılmış ot bağlamaları mühafizə olunub və yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.

Xəbər lenti

Xəbər lenti