...

Bakıda avtomobillə iki piyada öldürüldü

Hadisə Materials 2 Sentyabr 2015 15:21 (UTC +04:00)
Bakıda avtomobillə vurulan iki piyada ölüb.
Bakıda avtomobillə iki piyada öldürüldü

Azərbaycan, Bakı, 2 sentyabr /Trend, müxbir İlkin İzzət/

Bakıda avtomobillə vurulan iki piyada ölüb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, avqustun 31-də saat 16 radələrində paytaxtın Nizami rayonunun Qara Qarayev prospektində şəhər sakini Ramil Həmidov idarə etdiyi "Mercedes" markalı avtomobillə yolu keçən 50-55 yaşlı kişini vurub. Piyada xəstəxanaya yerləşdirilib və sentyabrın 1-də orada ölüb.

Sentyabrın 1-də saat 23 radələrində paytaxtın Nizami rayonunun Heydər Əliyev prospektində Bakı şəhər sakini Emin Əhmədov idarə etdiyi "Mercedes" markalı avtomobillə yolu keçən 30-35 yaşlı kişini vurub. Nəticədə piyada hadisə yerində ölüb.

Hər iki faktla bağlı Nizami rayon Polis İdarəsi tərəfindən araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti