...

Bakıda yeniyetməni soyub talayan keçmiş məhkum tutulub

Hadisə Materials 7 Sentyabr 2015 13:47 (UTC +04:00)
Bakıda yeniyetməyə qüarşı soyğunçuluq etmiş keçmiş məhkum tutulub.
Bakıda yeniyetməni soyub talayan keçmiş məhkum tutulub

Azərbaycan, Bakı, 7 sentyabr /Trend, müxbir İlkin İzzət/

Bakıda 15 yaşlı yeniyetməyə qarşı soyğunçuluq etmiş keçmiş məhkum tutulub.

Bakı şəhər Baş Polis İdarəsindən (BŞBPİ) Trend-ə verilən məlumata görə, sentyabrın 2-də saat 15 radələrində Əmircan qəsəbəsində 2000-ci il təvəllüdlü Sultan Sultanlının mobil telefonu soyğunçuluq yolu ilə talanıb.

Suraxanı RPİ CAŞ və 31-ci PB əməkdaşlarının birgə keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində, hadisəni törətməkdə şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunan, 1997-ci il təvəllüdlü Emil İslan oğlu İsmayılov tutulub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti