...

Bakıda şirkətə basqın edən maskalı tutulub

Hadisə Materials 18 Sentyabr 2015 11:22 (UTC +04:00)
Bakı şəhər sakini, 1993-cü il təvəllüdlü Nicat Nurbala oğlu Xəlilov tutulub.
Bakıda şirkətə basqın edən maskalı tutulub

Azərbaycan, Bakı, 18 sentyabr /Trend, müxbir İlkin İzzət/

Bakıda şirkətə basqın edən maskalı tutulub.

Bakı şəhər Baş Polis İdarəsindən Trend-ə bildiriblər ki, Bakı şəhər BPİ Cinayət Axtarış İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində, avqustun 28-də saat 04 radələrində R.Quliyev küçəsində yerləşən "Qara çay" tikinti şirkətinin gözətçi otağına maskalanaraq daxil olaraq, orada gözətçi işləyən 1948-ci il təvəllüdlü Zina Bəşirovanı bıçaqla hədələyib əl qolunu bağlayıb, içərisində 60.000 ABŞ dolları və şirkətə məxsus sənədlər olan seyfi quldurluq yolu ilə talamaqda şübhəli bilinən Bakı şəhər sakini, 1993-cü il təvəllüdlü Nicat Nurbala oğlu Xəlilov tutulub.

Qeyd edək ki, bundan əvvəl polis əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində "Qaraçay" təmir-tikinti şirkətindən içərisində 60 min ABŞ dolları və sənəd olan seyfi quldurluq yolu ilə aparmış qrupun digər üzvü - Bakı şəhər sakini Aqşin Mustafayev tutulub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti