...

Göygöldə məktəblinin vəfat etməsi ilə əlaqədar cinayət işi başlandı

Hadisə Materials 18 Sentyabr 2015 18:56 (UTC +04:00)
Göygöl rayonunda orta məktəbdə baş vermiş insidentlə bağlı cinayət işi başlanıb.
Göygöldə məktəblinin vəfat etməsi ilə əlaqədar cinayət işi başlandı

Azərbaycan, Bakı, 18 sentyabr /Trend/

Göygöl rayonunda orta məktəbdə baş vermiş insidentlə bağlı cinayət işi başlanıb.

Baş Prokurorluğun mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, sentyabrın 18-də saat 12 radələrində Göygöl rayonunun Çaykənd kənd orta məktəbinin 9-cu sinif şagirdi, 2001-ci il təvəllüdlü Eldənizli Xanəli Niyazi oğlunun məktəbin futbol meydançasında 125 mm-lik dəmir borulardan düzəldilmiş qapının dirəyindən sallaşan zaman əlləri sürüşərək yerə yıxılması və dəmir dirəyin üzərinə düşməsi nəticəsində bədən xəsarətləri alaraq Gəncə şəhər Təcili Tibbi Yardım Xəstəxanasına yerləşdirilməsi və orada vəfat etməsi faktı ilə bağlı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 124.1-ci (ehtiyatsızlıqdan adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.

Ölümün və hadisənin baş vermə səbəblərinin müəyyənləşdirilməsi məqsədilə iş üzrə müvafiq ekspertizalar təyin edilməklə digər zəruri istintaq hərəkətləri yerinə yetirilir.

Hazırda iş üzrə istintaq tədbirləri davam etdirilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti