...

Soyğunçuluğa görə tutuldu, oğru və dələduzluğu da üzə çıxdı

Hadisə Materials 28 Sentyabr 2015 12:20 (UTC +04:00)
Bakıda soyğunçuluğa görə tutulan şəxsin oğurluq və dələduzluq əməlllərinin də üstü açılıb.
Soyğunçuluğa görə tutuldu, oğru və dələduzluğu da üzə çıxdı

Azərbaycan, Bakı, 28 sentyabr /Trend, müxbir İlkin İzzət/

Bakıda soyğunçuluğa görə tutulan şəxsin oğurluq və dələduzluq əməlllərinin də üstü açılıb.

Bakı şəhər Baş Polis İdarəsindən (BPİ) Trend-ə verilən məlumata görə, Nəsimi RPİ 22-ci PB əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində, sentyabrın 27-də Azadlıq prospektində Bakı şəhər sakini Erol Bayramovun sinəsindən yumruqla vurub mobil telefonunu alıb qaçaraq soyğunçuluqda şübhəli bilinən Bakı şəhər sakini, 1986-cı il təvəllüdlü Vüsal Həsənov tutulub.

Araşdırma zamanı müəyyən edilib ki, o, sentyabrın 1-də Bül-Bül prospektində Yardımlı rayon sakini Elgün Ağayevə məxsus "Ford-Transit" markalı avtomobildən mobil telefon oğurlayıb.

Bundan əlavə, onun digər dələduzluq cinayətlərinin də üstü açılıb. Belə ki, V.Həsənov sentyabrın 5-də D.Əliyeva küçəsində Ayxan Qarayevin, sentyabrın 7-də S.Rüstəm küçəsində Rəsul Dinlerin, sentyabrın 10-da Kiçik dəniz küçəsində Eldar Cahangirbəyovun, sentyabrın 9-da İbrahim Məmmədovun, sentyabrın 10-da Yaşar Cabbarovun, sentyabrın 22-də Sadiq Quliyevin, sentyabrın 23-də Azadlıq prospektində Səbuhi Cəfərlinin, avqustun 10-da Nizami küçəsində Orxan Mikayıllının etibarından sui istifadə edərək mobil telefonlprını danışmaq adı ilə alıb qaytarmayıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti