Azərbaycan, Bakı, 14 oktyabr /Trend, müxbir Elmir Murad/
Xaçmaz rayonunda yol-nəqliyyat hadisəsi baş verib.
Daxili İşlər Nazirliyindən Trend-ə verilən məlumata görə, rayonun Çinartala kəndində rayon sakini Bibiqulu Əsgərovun və Cəlal Ağayevin idarə etdikləri "VAZ" markalı avtomobillər toqquşub.
Hadisənin baş verməsi nəticəsində C.Ağayev hadisə yerində ölüb, xəsarət alan sərnişinlər isə xəstəxanaya yerləşdiriliblər.
Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən araşdırma aparılır.