...

Bakıda mağaza qarət edənlər saxlanılıb

Hadisə Materials 21 Oktyabr 2015 13:04 (UTC +04:00)
Bakıda mağaza qarət olunub.
Bakıda mağaza qarət edənlər saxlanılıb

Azərbaycan, Bakı, 21 oktyabr /Trend, müxbir Elmir Murad/

Bakıda mağaza qarət olunub.

Bakı Şəhər Baş Polis İdarəsindən Trend-ə verilən məlumata görə, Xəzər Rayon Polis İdarəsi 2-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri zamanı mayın 1-də Albalılıq yaşayış massivində yerləşən, Bakı şəhər sakini Oqtay Cabbarova məxsus mağazadan, plastik qapını sındırmaqla 120 manat, mobil telefon, ərzaq və tütün məmulatları oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakinləri - 2000-ci il təvəllüdlü Əli Həsənov, 1989-cu il təvəllüdlü Rafiq Həsənov və 1991-ci il təvəllüdlü Ceyhun Əlizadə tutulub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti