...

DİN vətəndaşlardan şantajla pul alan şəxslər barədə məlumat yayıb

Hadisə Materials 28 Oktyabr 2015 13:22 (UTC +04:00)
Daxili İşlər Nazirliyi Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşlarının həyata keçirdiyi əməliyyat nəticəsində narkotik maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olan Şirvan şəhər sakini Səbuhi Məmmədov, həmçinin Hacıqabul rayon sakinləri Güləhməd Mirzəyev və Natiq Kazımov saxlanılıb.
DİN vətəndaşlardan şantajla pul alan şəxslər barədə məlumat yayıb

Azərbaycan, Bakı, 28 oktyabr /Trend, müxbir Elmir Murad/

Daxili İşlər Nazirliyi Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşlarının həyata keçirdiyi əməliyyat nəticəsində narkotik maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olan Şirvan şəhər sakini Səbuhi Məmmədov, həmçinin Hacıqabul rayon sakinləri Güləhməd Mirzəyev və Natiq Kazımov saxlanılıb.

Nazirlikdən Trend-ə daxil olan məlumata görə, keçirilən tədbirlərlə onların Gülnar adlı şəxs vasitəsi ilə barələrində rüsvayedici videolar yayacaqları hədəsi ilə bir neçə vətəndaşdan külli miqdarda pul almaları müəyyən edilib. Əməliyyat tədbirlərinin davamı olaraq Baş İdarə əməkdaşları tərəfindən Şirvan şəhər sakini Gülnar Əhmədova da tutularaq istintaqa cəlb edilib.

Faktla bağlı Baş İdarənin İstintaq Şöbəsində cinayət işi başlanıb, araşdırmalar davam etdirilir.

Qeyd edək ki, dəstə üzvlərinin cinayət əməllərindən zərərçəkən başqa şəxslər varsa, bu barədə aidiyyəti üzrə polis orqanlarına və ya 012-590-66-58 nömrəsinə zəng edərək məlumat verə bilərlər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti