...

Xaçmazda yük avtomobili ağaca çırpılıb

Hadisə Materials 3 Noyabr 2015 06:33 (UTC +04:00)
Xacmaz rayonunda yük avtomobili ağaca çırpılıb.
Xaçmazda yük avtomobili ağaca çırpılıb

Azərbaycan, Bakı, 3 noyabr /Trend/

Xacmaz rayonunda yük avtomobili ağaca çırpılıb.

Fövqəladə Hallar Nazirliyindən Trend-ə daxil olan məlumata görə, rayonun Xudat şəhərində "Shacman" markalı yük avtomobili yol kənarındakı ağaca çırpılmışdır. Dərhal Fövqəladə Hallar Nazirliyinin xilasetmə qüvvələri hadisə yerinə cəlb olunmuşdur.

Xilasedicilər qəza nəticəsində deformasiyaya uğramış yük avtomobilində sıxılmış vəziyyətdə qalmış sürücünü çıxararaq aidiyyəti üzrə təhvil vermişlər.

Əməliyyat saat 00:58-da başa çatmışdır.

Xəbər lenti

Xəbər lenti