...

Bakının mərkəzində yanğın söndürülüb

Hadisə Materials 4 Noyabr 2015 19:41 (UTC +04:00)
Bakının Azərbaycan prospektində yaşayış binasında baş vermiş yanğın söndürülüb.
Bakının mərkəzində yanğın söndürülüb

Azərbaycan, Bakı, 4 noyabr /Trend/

Bakının Azərbaycan prospektində yaşayış binasında baş vermiş yanğın söndürülüb.

Trend-in məlumatına görə, axşam saat 18:00 radələrində baş vermiş yanğın Fövqəladə Hallar Nazirliyinin (FHN) yanğınsöndürən briqadaları tərəfindən qısa zamanda lokallaşdırılıb.

Dərhal binaya qaz və elektrik verilişi dayandırılıb.

FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin növbətçi hissəsindən Trend-ə verilən məlumata görə, yanğın söndürülüb. Yanğının səbəbləri araşdırılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti