...

Ağsuda yol-nəqliyyat hadisəsi daha iki can aldı

Hadisə Materials 5 Noyabr 2015 13:44 (UTC +04:00)
Ağsu rayonunda yol-nəqliyyat hadisəsi baş verib.
Ağsuda yol-nəqliyyat hadisəsi daha iki can aldı

Azərbaycan, Bakı, 5 noyabr /Trend, müxbir Elmir Murad/

Ağsu rayonunda yol-nəqliyyat hadisəsi baş verib.

Daxili İşlər Nazirliyindən Trend-ə verilən məlumata görə, hadisə rayonun Kəlağaylı kəndində qeydə alınıb. Belə ki, Pirhəsənli kənd sakini Razi Kərimov idarə etdiyi "VAZ-21074" markalı avtomobili rayon sakini Eldar Karmukovun idarə etdiyi traktora vurub.

R.Kərimov və sərnişini Elsevər Əhmədov xəstəxanaya yerləşdirilsə də, həkimlər onların həyatını xilas edə bilməyib.

Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti