Azərbaycan, Bakı, 6 noyabr /Trend, müxbir Elmir Murad/
Bakıda avtomobilləri qarət edən şəxs saxlanılıb.
Daxili İşlər Nazirliyindən Trend-ə daxil olan məlumata görə, Xətai rayonunun M.Hadi küçəsində Bakı şəhər sakinləri Rövşən İbrahimova məxsus "BMW", Səttar Cavadova məxsus "Mitsubishi" və Zaur Ağayevə məxsus "Mercedes" markalı avtomobillərdən şüşəni sındırmaq yolu ilə 20 manat, geyim əşyası, açar və sənəd oğurlanıb.
Xətai Rayon Polis İdaərsi 34-cü Polis Bölməsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətmiş paytaxt sakini Rizvan Şamilov saxlanılıb.