...

Küçədə quldurluq edən şəxs tutulub

Hadisə Materials 7 Noyabr 2015 17:18 (UTC +04:00)
Naxçıvanski küçəsində qadının pulunu və mobil telefonunu oğurlayan Yardımlı rayon sakini saxlanılıb.
Küçədə quldurluq edən şəxs tutulub

Azərbaycan, Bakı, 7 noyabr /Trend/

Naxçıvanski küçəsində qadının pulunu və mobil telefonunu oğurlayan Yardımlı rayon sakini saxlanılıb.

Bakı şəhər Baş Polis İdarəsindən Trend-ə verilən məlumata görə, Nizami RPİ Cinayət Axtarış Şöbəsi və 24-cü PB əməkdaşlarının birgə keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində, sentyabrın 10-da saat 00:45 radələrində Naxçıvanski küçəsində Naibə Namazovanın 300 manat pulunu və mobil telefonunu quldurluq yolu ilə talamaqda şübhəli bilinən Yardımlı rayon sakini 1992-ci il təvəllüdlü Afiq Raqif oğlu Səmədov tutulub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti