...

Bakıda ticarət mərkəzində yanğın baş verib

Hadisə Materials 8 Noyabr 2015 15:10 (UTC +04:00)
Bakı şəhəri, Nəsimi rayonunda ümumi sahəsi 220 kv.m olan ticarət mərkəzində yanğın baş verib
Bakıda ticarət mərkəzində yanğın baş verib
Azərbaycan, Bakı, 8 noyabr /Trend/

Bakı şəhəri, Nəsimi rayonunda ümumi sahəsi 220 kv.m olan ticarət mərkəzində yanğın baş verib.

Trend Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətinə istinadən xəbər verir ki, ticarət mərkəzinin çöl divarına quraşdırılmış elektrik qutusunda 2 ədəd elektrik sayğacı və 2 ədəd elektrik qoruyucu yanıb.

Ticarət mərkəzi yanğından mühafizə olunub və yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.

Xəbər lenti

Xəbər lenti