...

Tovuzda evdə partlayış olub, yaralı var

Hadisə Materials 9 Noyabr 2015 15:25 (UTC +04:00)
Tovuzda evdə partlayış olub.
Tovuzda evdə partlayış olub, yaralı var

Azərbaycan, Bakı, 9 noyabr /Trend/

Tovuzda evdə partlayış olub.

Trend-in Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, Tovuz rayonu, Alakol kəndində vətəndaşa məxsus ümumi sahəsi 260 kv.m olan ikimərtəbəli 8 otaqlı evin 1-ci mərtəbəsinin 1 otağında məişət qazının sızması nəticəsində partlayış baş verib.

Nəticədə taxtadan ibarət mərtəbələrarası arakəsmə, pəncərə çərçivələri və 1-ci mərtəbədə yerləşən 1 otağın xarici divarı dağılıb. Yanğın hadisəsi olmayıb. Partlayış zamanı 1 nəfər xəsarət alıb.

Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti