...

"Yol terroru" 3 can aldı

Hadisə Materials 16 Noyabr 2015 14:03 (UTC +04:00)
Qaradağ rayonunda yol-nəqliyyat hadisəsi baş verib.
"Yol terroru" 3 can aldı

Azərbaycan, Bakı, 16 noyabr /Trend, müxbir Elmir Murad/

Qaradağ rayonunda yol-nəqliyyat hadisəsi baş verib.

Daxili İşlər Nazirliyindən Trend-ə daxil olan məlumata görə, hadisə Lökbatan qəsəbəsində qeydə alınıb. Qəsəbədə Balakən rayon sakini Vüsal Saramanov idarə etdiyi "Chevrolet" markalı avtomobili yol ayrıcısına vurub. V.Saramanov hadisə yerində ölüb. Faktla bağlı Qaradağ Rayon Polis İdarəsi tərəfindən araşdırma aparılır.

Digər bir yol nəqliyyat hadisəsi Ucar rayonunda baş verib. Rayonun Qaradağlı kəndində Xırdalan şəhər sakini Seymur İmranov idarə etdiyi "Mercedes" markalı avtomobillə yolu keçən kənd sakini Vüsal Səmədovu vurub. V.Səmədov hadisə yerində ölüb. Hadisə ilə əlaqədar Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən araşdırma aparılır.

Başqa bir yol qəzası isə Beyləqan rayonunda qeydə alınıb. Rayonun Mil qəsəbəsində qəsəbə sakini Zəfər Əbdülrəhmanlı idarə etdiyi dövlət qeydiyyat nişanları olmayan "Muravey" markalı motosikleti yolun kənarında olan traktor qoşqusuna vurub. Z.Əbdülrəhmanlı hadisə yerində həlak olub. Faktla bağlı Beyləqan Rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti