...

Tovuzda maşınlar toqquşub: yaralı var (FOTO)

Hadisə Materials 19 Noyabr 2015 18:48 (UTC +04:00)
Tovuzda iki maşın toqquşub.
Tovuzda maşınlar toqquşub: yaralı var (FOTO)

Bakı. Trend:

Yüksək sürət və ötmə əməliyyatını düzgün yerinə yetirməmək yenə də qəzaya yol açıb.

Trend Kəpəz TV-yə (Region TV) istinadən xəbər verir ki, bu dəfə Tovuzda, Həzi Aslanov küçəsində "Tofaş" markalı avtomobil "VAZ 2107" ilə toqquşub.

Toqquşma zamanı avtomobillər yol kənarındakı ağaclara çırpılıb. Sürücülər Elnur Hüseynov və Zaur Məmmədov ciddi xəsarət almasa da, sərnişin Rəşad Məmmədov yaralanıb.

Dərhal Tovuz Mərkəzi Rayon Xəstəxanasına çatdırlılan zərərçəkənin vəziyyətinin normal olduğu bildirilir. Faktla bağlı araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti