...

Bakıda bugünkü intiharlarla bağlı cinayət işi açıldı

Hadisə Materials 23 Noyabr 2015 18:50 (UTC +04:00)
Bakıda intihar faktları ilə əlaqədar cinayət işi açıldı.
Bakıda bugünkü intiharlarla bağlı cinayət işi açıldı

Bakı. Trend:

Bakıda intihar faktları ilə əlaqədar cinayət işi açıldı.

Bakı şəhər prokurorluğundan Trend-ə verilən məlumata görə, noyabrın 23-də saat 12 radələrində Bakı Metropoliteninin "Azadlıq prospekti" stansiyasının yaxınlığında, 1981-ci il təvəllüdlü Malik Hüseynovun üzərinə neft məhlulu tökərək özünü yandırması və aldığı yanıq xəsarətləri ilə xəstəxanaya yerləşdirilməsi, bundan başqa, həmin gün saat 15 radələrində paytaxtın Bakıxanov qəsəbəsində, 1990-cı il təvəllüdlü Ayişə Dadaşovanın özünü yaşadığı evin 19-cu mərtəbəsindən ataraq intihar etməsi faktlarına görə Binəqədi və Sabunçu rayon prokurorluqlarında Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işləri başlanıb.

Hər iki iş üzrə məhkəmə-tibb ekspertizaları təyin edilib və hadisələrin baş vermə səbəblərinin müəyyən edilməsi istiqamətində zəruri istintaq tədbirləri davam etdirilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti