...

Sumqayıtda silah-sursat aşkarlanıb

Hadisə Materials 24 Noyabr 2015 13:11 (UTC +04:00)
Sumqayıt şəhər sakini Mirzə Mirzəyevin mənzilindən silah-sursat aşkar edilərək götürülüb.
Sumqayıtda silah-sursat aşkarlanıb

Bakı. Elmir Murad - Trend:

Sumqayıt şəhər sakini Mirzə Mirzəyevin mənzilindən silah-sursat aşkar edilərək götürülüb.

Trend Daxili İşlər Nazirliyinin saytına istinadən xəbər verir ki, Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi və Sumqayıt Şəhər Polis İdarəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Sumqayıt şəhər sakini Mirzə Mirzəyev saxlanılıb. Onun mənzilindən 2 ədəd qumbara, 1 ədəd nömrəsi silinmiş və lüləsi kəsilmiş "İJ-K" markalı ov tüfəngi və 7 ədəd patron aşkar edilərək götürülüb.

Yardımlı rayon sakini Elşad Dadaşovdan isə qumbara və 11 ədəd müxtəlif çaplı patron götürülüb. Sözügedən sursatlar Sumqayıt Şəhər Polis İdarəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində aşkarlanb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti