...

Lerikdə torpaq altında qalan fəhlə xilas edilib

Hadisə Materials 26 Noyabr 2015 00:20 (UTC +04:00)
Lerik şəhərində su və kanalizasiya xətlərində təmir işləri zamanı torpaq uçqunu baş verib.
Lerikdə torpaq altında qalan fəhlə xilas edilib

Bakı. Trend:

Lerik şəhərində su və kanalizasiya xətlərində təmir işləri zamanı torpaq uçqunu baş verib.

Trend Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən məlumat verir ki, hadisə nəticəsində 1 nəfər fəhlə torpaq altında köməksiz vəziyyətdə qalmışdır.

Fövqəladə Hallar Nazirliyinin yanğınsöndürənləri hadisə yerinə cəlb olunaraq vətəndaşı xilas etmiş və aidiyyəti üzrə təhvil vermişlər. Əməliyyat saat 20:12-də başa çatmışdır;

Xəbər lenti

Xəbər lenti