...

Xırdalanda intihara cəhd edilib

Hadisə Materials 18 Dekabr 2015 18:25 (UTC +04:00)
Xırdalanda intihara cəhd olunub.
Xırdalanda intihara cəhd edilib

Bakı. Trend:

Xırdalanda intihara cəhd edilib.

Trend-in Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi məlumata görə, nazirliyin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Abşeron rayonu, Xırdalan şəhərində bir nəfərin tikilməkdə olan binanın 5-ci mərtəbəsinin eyvana intihar etmək məqsədilə çıxması barədə məlumat daxil olub.

Dərhal hadisə yerinə FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin qüvvələri cəlb olunaraq aparılmış psixoloji söhbət nəticəsində vətəndaş aşağı endirilərək aidiyyəti üzrə təhvil verilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti