...

Bakıda 6 nəfəri yaralayanlar tutulub

Hadisə Materials 23 Dekabr 2015 14:22 (UTC +04:00)
Bakının Qaradağ rayonunda baş verən silahlı insident zamanı 6 nəfərə xəsarət yetirən şəxslər saxlanılıb.
Bakıda 6 nəfəri yaralayanlar tutulub

Bakı. Elmir Murad - Trend:

Bakının Qaradağ rayonunda baş verən silahlı insident zamanı 6 nəfərə xəsarət yetirən şəxslər saxlanılıb.

Trend Daxili İşlər Nazirliyinin saytına istinadən xəbər verir ki, onları Qaradağ Rayon Polis İdarəsi 10-cu Polis Bölməsinin əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində saxlamaq mümkün olub.

Tutulanlar Məhərrəm Əliyev və Zaqatala rayon sakini Samir Epdiyevdir. M.Əliyevdən hadisəni törədərkən istifadə etdiyi "Bunta Maqnum" markalı tüfəng götürülüb.

Xatırladaq ki, dekabrın 21-də Lökbatan qəsəbəsində yerləşən "Zeytə" restoranının qarşısında silahlı insident baş verib. Hadisə nəticəsində 6 nəfər xəsarət alıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti