Sarayda qətl

Hadisə Materials 25 Dekabr 2015 13:52 (UTC +04:00)
Abşeron rayonunda qətl hadisəsi baş verib.
Sarayda qətl

Bakı. Samir Məmmədov - Trend:

Abşeron rayonunda qətl hadisəsi baş verib.

Trend Daxili İşlər Nazirliyinin saytına istinadən məlumat verir ki, dekabrın 25-də Abşeron rayonunun Saray qəsəbəsində qəsəbə sakini, əvvəllər məhkum olunmuş Arif Ağayev münaqişə zəminində həmyerlisi Əlibaba Məmmədova bıçaqla xəsarət yetirərək hadisə yerini tərk edib. Ə.Məmmədov hadisə yerində ölüb.

Abşeron RPİ tərəfindən əməliyyat-axtarış tədbirləri aparılır.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti