...

Saray qəsəbəsində güllələnmə hadisəsi baş verib

Hadisə Materials 3 Fevral 2016 13:00 (UTC +04:00)
Abşeron rayonunda güllələnmə hadisəsi baş verib.
Saray qəsəbəsində güllələnmə hadisəsi baş verib

Bakı. Samir Əli - Trend:

Abşeron rayonunda güllələnmə hadisəsi baş verib.

Trend-in Daxili İşlər Nazirliyinin saytına istinadən verdiyi xəbərə görə, hadisə fevralın 2-də Abşeron rayonunun Saray qəsəbəsində baş verib. Qəsəbə sakini Kamran Babayev evinin qarşısından boyun və kürək nahiyəsindən aldığı güllə yaraları ilə xəstəxanaya gətirilib.

Abşeron RPİ əməkdaşlarının həyata keçirdikləri əməliyyat tədbirləri ilə xəsarətin K.Babayevə qonşusu, həmyerlisi Qüdrət Kərimov tərəfindən "Makarov" markalı tapançadan iki dəfə açılmış atəşlə yetirilməsi müəyyən edilib.

Xəstəxanaya yerləşdirilmiş K.Babayevin vəziyyəti ağır olduğundan dindirilməsi mümkün olmayıb.

Abşeron RPİ tərəfindən əməliyyat-axtarış tədbirləri aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti