...

Bakıda yük avtomobilini boşaldarkən mərmər lövhələr aşıb: iki nəfər ölüb

Hadisə Materials 17 Mart 2016 02:08 (UTC +04:00)
Bakıda bədbəxt hadisə baş verib.
Bakıda yük avtomobilini boşaldarkən mərmər lövhələr aşıb: iki nəfər ölüb

Bakı. Trend:

Bakıda bədbəxt hadisə baş verib.

Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə, Bakı şəhəri, Suraxanı rayonunda 2 vətəndaşın mərmər lövhələr altında qalaraq vəfat etməsi barədə məlumat daxil olub.

Trend-in Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə, Dərhal nazirliyin Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri hadisə yerinə cəlb olunaraq əməliyyat şəraitini qiymətləndirib və məlum olub ki, yük avtomobilini boşaldarkən mərmər lövhələr aşıb və vətəndaşlar lövhələrin altında sıxılmış vəziyyətdə qalıblar.

Xilasedicilər mərmərləri kəsərək ayırıb və vətəndaşların cəsədlərini çıxararaq aidiyyəti üzrə təhvil veriblər. Əməliyyat saat 23:14-də başa çatıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti