...

Abşeronda sex yanıb

Hadisə Materials 17 Mart 2016 08:47 (UTC +04:00)
Abşeronda sexdə yanğın baş verib
Abşeronda sex yanıb

Bakı. Trend:

Abşeronda sexdə yanğın baş verib.

Trend Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən xəbər verir ki, Abşeron rayonu, Digah qəsəbəsində "TUR-M" MMC-yə məxsus sement istehsalı sexinin ümumi sahəsi 1000 kv.m olan anbarında taxta atmalar 250 kv.m sahədə, içərisində olan 2 ədəd dəzgah, taxta altlıqlar və sement kisələri yanıb.

Anbarın qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 02:59-da yanğınsöndürənlər tərəfindən söndürülüb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti