...

DİN Bakıda avtobusun iştirakı ilə baş verən qəza barədə məlumat yaydı

Hadisə Materials 19 Mart 2016 15:59 (UTC +04:00)
Daxili İşlər Nazirliyi Sabunçu rayonu ərazisində yol-nəqliyyat hadisəsi baş verib.
DİN Bakıda avtobusun iştirakı ilə baş verən qəza barədə məlumat yaydı

Bakı. Trend:

Daxili İşlər Nazirliyi Sabunçu rayonu ərazisində yol-nəqliyyat hadisəsi baş verib.

Trend nazirliyin saytına istinadən məlumat verir ki, martın 18-də saat 08 radələrində Sabunçu rayonu ərazisində Pirşağı qəsəbə sakini Allahverdi Məmmədov idarə etdiyi "Daewoo" markalı avtomobili qarşıda gedən Mehdiabad qəsəbə sakini İlham Əhmədovun idarə etdiyi "Daewoo" markalı 179 saylı xətt avtobusuna vurub.

Nəticədə A.Məmmədov hadisə yerində ölüb, 2 sərnişini xəstəxanaya yerləşdirilib.

Sabunçu rayon Polis İdarəsi tərəfindən araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti