...

28 Mall-da bomba həyəcanı: insanlar təxliyə edildi

Hadisə Materials 4 Aprel 2016 19:51 (UTC +04:00)
Bakıda iri ticarət mərkəzlərindən birinə bomba qoyulması barədə məlumat yayılıb.
28 Mall-da bomba həyəcanı: insanlar təxliyə edildi

Bakı. Samir Əli - Trend:

Bakıda iri ticarət mərkəzlərindən birinə bomba qoyulması barədə məlumat yayılıb.

Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, Bakının Nəsimi rayonunun ərazisində fəaliyyət göstərən "28 Mall" Ticarət Mərkəzinə bir nəfər zəng vuraraq obyektə dostu tərəfindən bomba qoyulması barədə məlumat verilib.

Dərhal hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin əməkdaşları və hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb edilib, insanlar ticarət mərkəzindən təxliyə edilib.

Hazırda ticarət mərkəzində axtarışlar aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti