...

Gəncədə yol qəzası: iki piyada vuruldu

Hadisə Materials 15 Aprel 2016 16:59 (UTC +04:00)
Yaralanan şəxslər əmioğludurlar.
Gəncədə yol qəzası: iki piyada vuruldu

Bakı. Trend:

Bu gün təxminən saat 16:10-da Gəncədə yol qəzası baş verib.

Trend Kəpəz TV-yə (Region TV) istinadən məlumat verir ki, Atatürk prospektində "QAZ 3110" markalı avtomobil yolu keçmək istəyən piyadaları vurub. Dərhal Gəncə şəhər Təcili Tibbi Yardım Xəstəxanasına çatdırılan yaralılar həkimlər tərəfindən müayinə edilir.

Sürücü tərəfindən xəstəxanaya gətirilən 30 yaşlı Emin Kərimova sağ alın nahiyəsinin və sağ aşağı oynağın əzilmiş-cızılmış yarası, 35 yaşlı Azər Kərimova isə sol körpücük sümüyünün qırığı diaqnozu qoyulub.

Yaralanan şəxslər əmioğludurlar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti