...

Lift üçün nəzərdə tutulmuş avadanlıqları oğurlayan şəxs tapıldı

Hadisə Materials 19 Aprel 2016 12:50 (UTC +04:00)
Mart ayında baş vermiş oğurluq hadisəsinin üstü açılıb.
Lift üçün nəzərdə tutulmuş avadanlıqları oğurlayan şəxs tapıldı

Bakı. Trend:

Mart ayında baş vermiş oğurluq hadisəsinin üstü açılıb. Trend-ə Daxili İşlər Nazirliyindən verilən məlumata görə, martın 25-də Xırdalan şəhərində yerləşən "Abşeron City" yaşayış kompleksindəki binadan 1500 manat dəyərində lift üçün nəzərdə tutulmuş elektrik avadanlıqları oğurlanıb. Abşeron RPİ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətmiş Gədəbəy rayon sakini Etibar Cavadov tutulub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti