...

Azərbaycanda 222 nəfər qidadan zəhərlənib

Hadisə Materials 11 May 2016 16:16 (UTC +04:00)
Bu ilin yanvar-aprel ayları ərzində əhali arasında 182 qida zəhərlənməsi hadisəsi qeydə alınıb.
Azərbaycanda 222 nəfər qidadan zəhərlənib

Bakı. İlhamə İsabalayeva - Trend:

Bu ilin yanvar-aprel ayları ərzində əhali arasında 182 qida zəhərlənməsi hadisəsi qeydə alınıb.

Səhiyyə Nazirliyi Respublika Gigiyena və Epidemiologiya Mərkəzindən Trend-ə verilən məlumata görə, qida zəhərlənmələri nəticəsində 222 nəfər zərərçəkən qeydə alınıb.

Ötən müddət ərzində ölkə üzrə qeydə alınan 22 botulizm hadisəsi nəticəsində 27 nəfər botulizmlə xəstələnib. Qida zəhərlənmələri, əsasən, ev şəraitində hazırlanan qidalardan, kustar üsulla hazırlanmış konservləşdirilmiş məhsullardan baş verib.

Yalnız aprel ayı ərzində 39 qida zəhərlənməsi hadisəsi nəticəsində 49 nəfər zəhərlənib.

Ötən ay ölkə üzrə qeydə alınan 3 botulizm hadisəsi nəticəsində 3 nəfər botulizmlə xəstələnib.

Xatırladaq ki, ötən il ərzində Azərbaycan ərazisində 659 qida zəhərlənməsi hadisəsi qeydə alınıb. Qida zəhərlənmələri nəticəsində 912 nəfər zərərçəkən qeydə alınıb. Ötən il botulizm nəticəsində 3 nəfər dünyasını dəyişib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti