...

Qaxda ağır yol qəzası - iki ölü, bir yaralı

Hadisə Materials 17 May 2016 14:29 (UTC +04:00)
Qax rayonunda ağır yol qəzası baş verib.
Qaxda ağır yol qəzası -  iki ölü, bir yaralı

Bakı. Trend:

Qax rayonunda ağır yol qəzası baş verib. Trend Daxili İşlər Nazirliyinin saytına istinadən xəbər verir ki, mayın 16-da saat 21 radələrində Qax şəhərində şəhər sakini Ümid Muradovun idarə etdiyi "Ekskovator YMZ" markalı traktorla Şəki rayon sakini Firuddin Təhməzovun idarə etdiyi "VAZ-21214" markalı avtomobil toqquşub. Nəticədə F.Təhməzovun sərnişinləri, İlisu kənd sakinləri Səlihə Muradova və Xanpəri Muradova hadisə yerində ölüb, özü isə xəstəxanaya yerləşdirilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti