Bakı. Trend:
Bakıda hoteldə yanğın olub.
Trend Fövqəladə Hallar Nazirliyinin saytına istinadən məlumat verir ki, Bakı şəhəri, Xətai rayonunda çoxmərtəbəli yaşayış binasının 2-ci mərtəbəsində yerləşən ümumi sahəsi 420 kv.m olan hotelin otağında 1 kv.m sahədə divar kağızı yanıb.
Otağın qalan hissəsi və digər otaqlar yanğından mühafizə olunub. Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.