...

Yuxu tutdu, maşını ağaca çırpdı: 2 ölü (FOTO/VİDEO)

Hadisə Materials 20 İyun 2016 13:13 (UTC +04:00)
Oğuzda baş verən ağır qəzada 2 nəfər dünyasını dəyişib.
Yuxu tutdu, maşını ağaca çırpdı: 2 ölü (FOTO/VİDEO)

Bakı. Trend:

Oğuzda baş verən ağır qəzada 2 nəfər dünyasını dəyişib.

Trend Region TV-yə istinadən məlumat verir ki, hadisə Qaraməryəm-İsmayıllı-Şəki magistral avtomobil yolunun 114-cü km-də, Oğuzun Padar kəndi ərazisində qeydə alınıb. Qəza zamanı 1939-cu il təvəllüdlü, Oğuz rayon Kərimli kənd sakini Həmidzadə Namiq Zahid oğlu idarə etdiyi "48-BA-676" dövlət nömrə nişanlı "VAZ-21011" markalı avtomobillə Oğuz istiqamətində olarkən qəfildən idaretməni itirib. Nəticədə avtomobil yol kənarındakı ağaca çırpılıb.

Hadisə zamanı zərbənin gücündən sürücü elə hadisə yerindəcə dünyasını dəyişib. Avtomobildə olan sərnişin - Kərimli kənd sakini, 1961-cu il təvəllüdlü Əsgərova Bənövşə Nərman qızı isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Qəza zamanı xəsarət alan şəxs ilk olaraq Oğuz rayon xəstəxanasına aparılıb. Daha sonra xəstə Şəki mərkəzi rayon xəstəxanasına gətirilib. Həkimlərin səylərinə baxmayaraq, xəstənin həyatını xilas etmək mümkün olmuyub.

İlkin ehtimala görə, hadisənin baş verməsinə səbəb sürücünün sükan arxasında yatması olub.

Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsinin İstintaq bölməsi tərəfindən araşdırmalar aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti