...

Gəncədə dava – iki qardaş xəsarət aldı

Hadisə Materials 28 İyun 2016 19:20 (UTC +04:00)
Gəncə şəhərində kütləvi dava baş verib, nəticədə iki qardaş müxtəlif xəsarətlər alıb.
Gəncədə dava – iki qardaş xəsarət aldı

Bakı. Trend:

Gəncə şəhərində kütləvi dava baş verib, nəticədə iki qardaş müxtəlif xəsarətlər alıb.

Trend Kəpəz TV-yə (Region TV) istinadən xəbər verir ki, 34 yaşlı Zakir Verdiyev və 31 yaşlı Mahir Verdiyev şəhərin “Bala bağban” adlanan ərazisində döyülüb.

Qardaşlardan Zakir Gəncə şəhər Təcili Tibbi Yardım Xəstəxanasının (TTYX) travmatologiya şöbəsinə yerləşdirilib. Ona əng sümüyünün qırığı diaqnozu qoyulub. Qardaşı M.Verdiyevin gözünə bibər suyu töküldüyündən o, Göz Xəstəxanasına aparılıb.

Faktla bağlı araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti