...

Gəncədə çayxanada qətl törədən şəxs 20 il cəza aldı

Hadisə Materials 5 İyul 2016 17:00 (UTC +04:00)
Gəncə Ağır Cinayətlər Məhkəməsində qonşusunu qətlə yetirməkdə təqsirli bilinən 35 yaşlı Rəşad Babayevin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
Gəncədə çayxanada qətl törədən şəxs 20 il cəza aldı

Bakı. Samir Əli - Trend:

Gəncə Ağır Cinayətlər Məhkəməsində qonşusunu qətlə yetirməkdə təqsirli bilinən 35 yaşlı Rəşad Babayevin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Trend-in məlumatına görə, məhkəmənin hökmü ilə R.Babayev 20 il müddətinə azadlıqdan məhrum edilib

İttihama görə, 2015-ci ilin noyabrın 3-də, Goranboy rayonunda qonşular arasında başlayan mübahisə 23 yaşlı gəncin qətlə yetirilməsi ilə nəticələnib. Hadisə rayonun Nizami kəndində yerləşən çayxanada baş verib.

Kənd sakini 23 yaşlı Həsən Həsənov kəndin mərkəzində işlətdiyi çayxanda həmyerlisi 35 yaşlı R.Babayevlə mübahisə edib. Bu zaman R.Babayev üstündə gəzdirdiyi bıçaqla H.Həsənova ürək nahiyəsindən zərbə endirib.

Yaralı dərhal Gəncə şəhər Təcili Tibbi Yardım xəstəxanasına yerləşdirilib. Həkimlərin səyinə baxmayaraq, 23 yaşlı gəncin həyatını xilas etmək mümkün olmayıb.

Goranboy rayon polis şöbəsinin və rayon prokrorluğunun keçirdiyi əməliyyat axtarışları nəticəsində cinayəti törədən R.Babayev saxlanılıb.

Xatırladaq ki, R.Babayev əvvəllər məhkumluq həyatı yaşayıb.
O, Cinayət Məcəlləsinin 120.2.2-ci (xuliqanlıq niyyəti ilə adam öldürmə) və 221.3-cü (xuliqanlıq) maddələri ilə ittiham edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti