...

Məcburi köçkünün evinə basqın edən maskalı şəxs yaxalandı

Hadisə Materials 7 İyul 2016 12:28 (UTC +04:00)
Məcburi köçkünün evinə basqın edən maskalı şəxs yaxalanıb.
Məcburi köçkünün evinə basqın edən maskalı şəxs yaxalandı

Bakı. Trend:

Məcburi köçkünün evinə basqın edən maskalı şəxs yaxalanıb.

Trend Daxili İşlər Nazirliyinin saytına istinadən xəbər verir ki, hadisə mayın 26-da baş verib. Məcburi köçkünlərin yaşadığı qəsəbədə naməlum şəxs Zeynəb Haqverdiyevanın yaşadığı evə girərək onu və oğlu Namiqi döyərək pul vermələrini tələb edib.

Cəbrayıl RPŞ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisədə şübhəli bilinən Sabirabad şəhər sakini, əvvəllər məhkum olunmuş İslam Cəfərzadə tutulub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti