...

Həyətlərini çətənə kolu "basıb"

Hadisə Materials 9 İyul 2016 13:36 (UTC +04:00)
Şabran və Kürdəmir sakinlərinin həyətindən narkotik tərkibli bitkilər aşkar edilib.
Həyətlərini çətənə kolu "basıb"

Bakı. Trend:

Şabran və Kürdəmir sakinlərinin həyətindən narkotik tərkibli bitkilər aşkar edilib.

Trend Daxili İşlər Nazirliyinin saytına istinadən məlumat verir ki, Şabran rayon Polis şöbəsi (RPŞ) əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Şahnəzərli kənd sakini Əfqan Məmmədova məxsus həyətyanı sahədən kultivasiya yolu ilə yetişdirilmiş 13 ədəd çətənə kolu aşkar edilərək götürülüb, Ə.Məmmədov isə tutulub.

Kürdəmir RPŞ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində isə şəhər sakini Anar Baxışova məxsus həyətyanı sahədən kultivasiya yolu ilə yetişdirilmiş 4 ədəd çətənə kolu aşkar edilərək götürülüb, A.Baxışov isə tutulub.

Bundan başqa, Ağdaş RPŞ əməkdaşları tərəfindən Ağdaş rayonu ərazisində yabanı halda bitmiş, çəkisi 2 ton 210 kiloqram olan 3200 ədəd çətənə kolu aşkar edilərək məhv edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti