...

Bakıda restoranda dava salan keçmiş məhkum saxlanıldı

Hadisə Materials 11 İyul 2016 12:53 (UTC +04:00)
Bakıda restoranda dava salan şəxslər saxlanılıb
Bakıda restoranda dava salan keçmiş məhkum saxlanıldı

Bakı. Trend:

Bakıda restoranda dava salan şəxslər saxlanılıb.

Trend Daxili İşlər Nazirliyinin saytına istinadən xəbər verir ki, iyulun 9-da Nərimanov rayonu ərazisindəki restoranlardan birində ictimai asayişi pozmuş Bakı şəhər sakinləri, əvvəllər məhkum olunmuş Laçın İsmayılov və Fuad Şahverdiyev Rayon Mühafizə İdarəsinin əməkdaşları tərəfindən saxlanılaraq 18-ci PB-yə təhvil veriliblər.

Binəqədi RPİ 7-ci PB əməkdaşları tərəfindən L.İsmayılovun həmin gün Zamir Mehdiyevə və Abdulla Nurəliyevə məxsus mobil telefonları oğurlaması müəyyən edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti