...

Gəncədə sərnişin avtobusu ilə minik avtomobili toqquşub

Hadisə Materials 11 İyul 2016 14:00 (UTC +04:00)
Bu gün səhər saatlarında Gəncə şəhərində sərnişin avtobusu ilə minik avtomobili toqquşub.
Gəncədə sərnişin avtobusu ilə minik avtomobili toqquşub

Bakı. Trend:

Bu gün səhər saatlarında Gəncə şəhərində sərnişin avtobusu ilə minik avtomobili toqquşub.

Trend Kəpəz TV-yə (Region TV) istinadən xəbər verir ki, hadisə şəhərin Təbriz küçəsində baş verib. 1 saylı marşrut xətti üzrə sərnişin daşıyan “Hyundai” markalı avtobusla “VAZ 2105” markalı avtomobil toqquşub.

Hadisə nəticəsində minik avtomobilinin sərnişini bir nəfər qadın yüngül xəsarətlərlə Gəncə Şəhər Təcili Tibbi Yardım Xəstəxanasına çatdırılıb. Tibbi yardım göstərildikdən sonra yaralı ambulator müalicəyə göndərilib.

Faktla bağlı araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti