...

İçi qarpızla dolu avtomobil belə yandı (FOTO/VİDEO)

Hadisə Materials 11 İyul 2016 14:49 (UTC +04:00)
Ötən gün Şəkinin giriş hissəsinin 4-cü kilometrliyində içi qarpızla dolu avtomobil yanıb.
İçi qarpızla dolu avtomobil belə yandı (FOTO/VİDEO)

Bakı. Trend:

Ötən gün Şəkinin giriş hissəsinin 4-cü kilometrliyində içi qarpızla dolu avtomobil yanıb.

Trend-in Kanal S-ə (Region TV) istinadən verdiyi məlumata görə, Şəkinin Zəyzid kənd sakini Salmanov Rəhim Salman oğlu 55-BF-731 dövlət nömrə nişanlı VAZ-21011 markalı avtomobillə kənd istiqamətində hərəkətdə olan zaman nəqliyyat vasitəsi anidən alışıb.

Hadisə yerinə dərhal Şəki Yanğından Mühafizə Hissəsinin bir yanğınsöndürən maşını və canlı qüvvəsi cəlb edilib. Bütün səylərə baxmayaraq avtomobil içindəki 250 kq qarpızla birlikdə tamamilə yanaraq yararsız vəziyyətə düşüb.

Sürücünün sözlərinə görə, yanğın avtomobilin arxa hissəsindən başlayıb. Xoşbəxtlikdən hadisə zamanı xəsarət alan olmayıb.

Faktla bağlı araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti