...

Qusarda sel təhlükəsi qalır (VİDEO)

Hadisə Materials 14 İyul 2016 17:56 (UTC +04:00)
Qusarın Kuzun kəndində baş verən selin fəsadları qismən aradan qaldırılsa da təhlükəli vəziyyət davam edir.
Qusarda sel təhlükəsi qalır (VİDEO)

Bakı. Trend:

Qusarın Kuzun kəndində baş verən selin fəsadları qismən aradan qaldırılsa da, təhlükəli vəziyyət davam edir.

Trend RTV-yə (Region TV) istinadən xəbər verir ki, dağlıq ərazidə yerləşən yaşayış məntəqəsinin sakinləri son günlərdə yağan yağışlar nəticəsində kəndə yendən sel gəldiyini bildirirlər. Nəticədə kəndə gedən iki yol bağlanıb. Yolun biri əraziyə cəlb olunan texnikaların köməyi ilə açılıb.

Azərbaycanda dağıdıcı sel hadisələri gözlənilir

Azərbaycanda dağıdıcı sel hadisələri gözlənilir

Kənd sakini Sayad Çərkəzovanın sözlərinə görə, onların rahatlığı pozulub: "Dünən gecə yatmamışıq. O qədər sel gəlmişdi ki. Bu kənddə yağıntı olmayıb. Ancaq dağlara yağıb”.

Digər kənd sakini Əbülfəz Bəşirov isə kənddə yağışın yağmasının təhlükəli olduğunu bildirib: "Kənd ümumiyyətlə təhlükə altındadır. Yağan kimi sel gəlir".

Evləri zərər görən sakinlərin müvəqqəti məskunlaşmaları üçün çadırlar quraşdırılıb. Lakin kənd sakinləri həmin çadırlarda yaşamaqdan imtina edib. Sıradan çıxan elektrik və telefon xətləri yenidən bərpa olunub. Kənddə evlərin sel sularından yararsız vəziyyətə düşməsinin əsas səbəbi evlərin çiy kərpicdən tikilməsidir.

İyunun 24-də yağan güclü leysan yağışı nəticəsində Kuzun kəndində 26 evə ziyan dəyib. Onlardan 2 ev yaşayış üçün yararsız vəziyyətə düşüb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti