...

DGK: Qaçaqmalçılıq yolu ilə ölkəyə mobil telefon gətirilməsinin qarşısı alınıb (FOTO)

Hadisə Materials 19 İyul 2016 11:51 (UTC +04:00)
Tovuz Gömrük İdarəsinin əməkdaşları 2 fakt üzrə 37 ədəd mobil telefon və aksesuarlarının qaçaqmalçılıq yolu ilə ölkə ərazisinə gətirilməsinin qarşısı alınıb.
DGK: Qaçaqmalçılıq yolu ilə ölkəyə mobil telefon  gətirilməsinin qarşısı alınıb (FOTO)

Bakı. Trend:

Tovuz Gömrük İdarəsinin əməkdaşları 2 fakt üzrə 37 ədəd mobil telefon və aksesuarlarının qaçaqmalçılıq yolu ilə ölkə ərazisinə gətirilməsinin qarşısı alınıb.

Dövlət Gömrük Komitəsinin mətbuat xidmətindən Trend-ə bildirilib ki, idarəyə daxil olan əməliyyat məlumatı əsasında Azərbaycan vətəndaşının idarə etdiyi minik avtomobilinə “Sınıq Körpü” gömrük postunda baxış keçirilib. Yoxlama zamanı avtomobildən eyni mobil telefon markasının 3 modelinə aid olan 37 ədəd telefon aşkar edilib.

Digər bir məlumat əsasında “Sınıq Körpü” gömrük postunda gömrükçülər tərəfindən baxış keçirilən Azərbaycan vətəndaşının idarə etdiyi minik avtomobilindən isə mobil telefonlara aid 6 adda 104 ədəd aksesuarlar aşkar edilərək götürülüb.

Hər iki faktla bağlı araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti