...

Goranboyda qəfil başlayan yanğın kafeni külə çevirdi (FOTO/VİDEO)

Hadisə Materials 20 İyul 2016 18:09 (UTC +04:00)
Goranboyda kafedə yanğın olub.
Goranboyda qəfil başlayan yanğın kafeni külə çevirdi (FOTO/VİDEO)

Bakı. Trend:

Goranboyda kafedə yanğın olub.

Trend Kəpəz TV-yə (Region TV) istinadən xəbər verir ki, Bakı-Qazax magistralının Goranboy rayonu, Dəliməmmədli şəhəri ərazisindən keçən hissəsində yol kənarında fəaliyyət göstərən kafelərdən birində anidən yanğın baş verib.

Hadisə yerinə Goranboy Rayon Yanğından Mühafizə Hissəsinin iki yanğınsöndürmə briqadası cəlb olunub. Alovu ram etmək mümkün olmadığından əraziyə Kəlbəcər və Gəncə yanğınsöndürənləri də çağırılıb.

Bütün səylərə baxmayaraq, sahəsi 600 kv.m olan kafe tamamilə yanaraq külə dönüb. Alov ətraf tikililərə də yayılıb. Yaxınlıqdakı çörəkbişirmə sexinə ziyan dəyib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti