...

Avtomobil aşdı, 3 nəfər yaralandı

Hadisə Materials 20 İyul 2016 19:31 (UTC +04:00)
Göygöldə yol qəzası baş verib.
Avtomobil aşdı, 3 nəfər yaralandı

Bakı. Trend:

Göygöldə yol qəzası baş verib.

Trend Kəpəz TV-yə istinadən (Region TV) xəbər verir ki, Göygöl rayonunda yol qəzası qeydə alınıb. Avtomobil aşıb, 3 nəfər xəsarət alıb.

Yaralılar Gəncə Şəhər Təcili Tibbi Yardım Xəstəxanasına gətiriliblər. Onlardan ikisinə tibbi yardım göstərilib və şəxslər evə buraxılıblar. 20 yaşlı Sərxan Qasımov isə xəstəxananın travmatologiya şöbəsinə yerləşdirilib. Ona sağ baldır sümüyünün sınığı diaqnozu qoyulub. Vəziyyəti orta-stabildir.

Faktla bağlı araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti