...

Xətaidə ağır yol qəzası olub

Hadisə Materials 25 İyul 2016 10:49 (UTC +04:00)
Xətai rayonunda ağır yol qəzası baş verib.
Xətaidə ağır yol qəzası olub

Bakı. Trend:

Xətai rayonunda ağır yol qəzası baş verib.

Trend Fövqəladə Hallar Nazirliyinin saytına istinadən xəbər verir ki, Nazirliyin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Bakı şəhəri, Xətai rayonunda “Mercedes” markalı minik avtomobilin qəzaya uğraması barədə məlumat daxil olub.

Dərhal Nazirliyin Xüsusi Riskli Xilasetmə Xidmətinin qüvvələri hadisə yerinə cəlb olunaraq avtomobildə sıxılmış vəziyyətdə qalmış sürücünü çıxarıb və aidiyyatı üzrə təhvil veriblər.

Əməliyyat saat 08:16-da başa çatıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti