...

İdarəetməni itirən sürücü dünyasını dəyişdi (FOTO/VİDEO)

Hadisə Materials 28 İyul 2016 18:02 (UTC +04:00)
Ağdaşda sürücünün dünyasını dəyişməsi ilə nəticələnən yol nəqliyyat hadisəsi baş verib.
İdarəetməni itirən sürücü dünyasını dəyişdi (FOTO/VİDEO)

Bakı. Trend:

Ağdaşda sürücünün dünyasını dəyişməsi ilə nəticələnən yol nəqliyyat hadisəsi baş verib.

Trend EL TV-yə (Region TV) istinadən xəbər verir ki, hadisə Ağdaş-Ərəbocağı avtomobil yolunun 11-ci kilometrliyində qeydə alınıb.

Rayon sakini, 1982-сi il təvəllüdlü Ramin İsgəndərov minik avtomobili ilə hərəkətdə olarkən idarəetməni itirib və avtomobil yoldan çıxaraq aşıb. O, hadisə nəticəsində aldığı ağır bədən xəsarətləri səbəbindən dünyasını dəyişib.

İlkin ehtimala görə hadisəyə səbəb kimi avtomobilin yüksək sürətlə idarə olunması göstərilir.

Faktla bağlı Ağdaş rayon Polis Şöbəsində araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti