...

Bakıda 6 otaqlı ev yanıb

Hadisə Materials 9 Sentyabr 2016 09:05 (UTC +04:00)

Bakı. Trend:

Bakıda 6 otaqlı evdə yanğın qeydə alınıb.

Fövqəladə Hallar Nazirliyindən (FHN) Trend-ə verilən məlumata görə, Bakının Binəqədi rayonunda vətəndaşa məxsus ümumi sahəsi 200 m² olan ikimərtəbəli 6 otaqlı evin hamam otağında 1 ədəd paltaryuyan, plastik materialdan ibarət vanna və lambirdən ibarət tavan 5 m² sahədə yanıb.

Evin digər hissələri yanğından mühafizə olunub. Yanğın saat 05:14-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

Bakıda daha bir yanğın hadisəsi baş verib.

Trend-in məlumatına görə, Bakı şəhəri, Yasamal rayonunda vətəndaşa məxsus ümumi sahəsi 45 m² olan 3 otaqlı mənzilin eyvanının yanar konstruksiyaları 6 m² sahədə və 2 ədəd soyuducu yanıb. Mənzilin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 03:00-da yanğınsöndürənlər tərəfindən söndürülüb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti