...

Zaqatalada at yol-nəqliyyat hadisəsinə səbəb oldu

Hadisə Materials 9 Sentyabr 2016 13:34 (UTC +04:00)
Zaqatalada at yol-nəqliyyat hadisəsinə səbəb olub.
Zaqatalada at yol-nəqliyyat hadisəsinə səbəb oldu

Bakı. Trend:

Zaqatalada at yol-nəqliyyat hadisəsinə səbəb olub. Daxili İşlər Nazirliyindən Trend-ə verilən məlumata görə, sentyabrın 8-də saat 23 radələrində Zaqatala rayonunun Aşağı Tala kəndində kənd sakini Həbibullah Həmzəyev idarə etdiyi “VAZ-2106” markalı avtomobillə yola çıxmış atı vurduğundan idarəetməni itirib avtomobili ağaca çırpıb. Nəticədə sürücü və 2 xəstəxanaya yerləşdirilib.

Zaqatala RPŞ tərəfindən araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti